Məleykə Abbaszadənin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 İyul 2019 15:28 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaş qəbulunun tarixi dəyişdirilib. 

Mərkəzdən Movqe.az-a verilən məlumata görə, Şabran şəhərində keçirilməsi planlaşdırılan qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin iştirakı nəzərdə tutulur. 

Qəbul iyulun 23-ü saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (H.Əliyev pros., 60a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri (əlaqə telelefonu: 023 325 01 21) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran Rayon Təhsil Şöbəsinə də müraciət edə bilərlər.