SON DƏQİQƏ! Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı

16 İyul 2019 18:18 (UTC+04:00)

Şəkidə avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.