Bakıda baba və nəvə dənizdə boğularaq ölüb

16 İyul 2019 20:51 (UTC+04:00)

Bakıda baba və nəvə dənizdə boğulub.  

"Report"un əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ləman Orucova Xəzər dənizində çimərkən boğulub. Bunu görən 70 yaşlı Əmrağa Orucov nəvəsini xilas etmək istəyib, ancaq özü də boğularaq ölüb. 

Faktla bağlı araşdırma başlayır.