Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb

17 İyul 2019 10:45 (UTC+04:00)

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. vəziyyəti isə orta-ağır stabildir", nazirlikdən bildirilib.