Çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edildi

19 İyul 2019 10:44 (UTC+04:00)

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, dünən qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.