Bakıda yaşlı kişi küçədə yıxılaraq öldü

19 İyul 2019 11:05 (UTC+04:00)

Bakıda yaşlı kişi küçədə yıxılaraq vəfat edib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin məlumatına görə, hələlik kimliyi məlum olmayan şəxs səkinin qırağı ilə getdiyi zaman anidən halı pisləşib və yıxılıb. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

Hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlib.