Prezident Azərbaycanla Koreya arasında qrant yardımına dair sazişi təsdiqləyib

19 İyul 2019 16:47 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Movqe.az xəbər verir ki, bununla da 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib.