Bakıda mənzildə iki nəfərin meyiti aşkarlanıb

19 İyul 2019 16:54 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.