Ağstafa Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib

19 İyul 2019 18:05 (UTC+04:00)

Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az-ın məlumatına görə, sərəncama əsasən, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.