Şəmkir sakininin cibindən 5500 manat oğurlayan şəxslər saxlanılıb

20 İyul 2019 20:24 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Şəmkir şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 28-də rayon sakini V.Qələndərova məxsus 5500 manat pulu cibindən oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Musayeva və A.Abbasov saxlanılıblar.