Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə

21 İyul 2019 11:33 (UTC+04:00)

Gürcüstanın Rustavi şəhərində Azərbaycan vətəndaşı narkotik vasitə ilə saxlanılıb.

Unikal.org xəbər verir ki bu barədə Gürcüstan DİN-dən məlumat yayıb.

Saxlanılan 1974-cü il təvəllüdlü R.N. adlı şəxsdən 700 qram narkotik vasitə müsadirə olunub.

Bumdan əlavə narkotik vasitələrə görə Tbilisi və Rustavidə daha  iki nəfər saxlanılıb. Onlarıb İran vətəndaşı olduğu deyilib .

Saxlanılan 1995 və 1973-cü il təvəllüdlü şəxslərin hər birindən yarım kilo həcmdə heroin aşkar olunub. 

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.