Dönərdən zəhərlənən gəncin vəziyyəti ağırdır

21 İyul 2019 12:37 (UTC+04:00)

Tovuzda dönərdən bir nəfər zəhərlənib.
Ötən gün axşam saatlarında 1997-ci il təvəllüdlü Niyaməddin Fazil oğlu Cəfərzadə 
Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının sözlərinə görə, rayon mərkəzində dönər yeyib.
Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.