Türk həkimdən uşaq ayaqqabıları ilə bağlı VACİB MƏSLƏHƏT

21 İyul 2019 19:09 (UTC+04:00)

Eyni ayaqqabını hər gün geyinmək uşaqların sağlamlığına ziyandır.

Movqe.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyəli ortoped, travmatoloq Səlim Muğrabi bu fikirdədir. Onun fikrincə, hər bir məktəblinin azı iki ayaqqabısı olmalıdır:

"Çünki eyni ayaqqabının hər gün geyinilməsi doğru deyil. Bu hal ayaqda havasızlıq yaradır və bu zaman ayaqqabının içində bakteriyaların çoxalması baş verir. Eyni zamanda ayaqlar şişir və bəzi ayaq problemlərinə yol açır.

Həmçinin uşağa ayaqqabı seçərkən diqqətli olmaq lazımdır. Ayaqqabı yerlə bir olmamalı və topuq hissəsi böyük olmalıdır".