“Sovetski”də təmir işləri zamanı qaz xətləri yararsız hala salınıb (FOTO)

22 İyul 2019 16:31 (UTC+04:00)

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

“Azəriqaz” İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub.

Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.