Azərbaycanda mobil rabitə operatorları 6 ayda 420 milyon manatdan çox gəlir əldə edib

25 İyul 2019 08:00 (UTC+04:00)
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib. Movqe.az-ın məlumatına görə, göstərilən xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 421,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.