İçkili gənc onu sancan ilanı dişləyərək öldürdü - FOTO

30 İyul 2019 19:11 (UTC+04:00)

Hindistanda Raj Kumar adlı bir şəxsi evinə girən ilan sancıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman Raj Kumar həmin ilanı dişləyərək öldürüb. Xəstəxanaya aparılan sözügedən şəxsin vəziyyətinin gərgin olduğu bildirilib. 

Həkimlər ilk dəfə ilanı dişləyən bir xəstə ilə qarşılaşdıqlarını deyiblər. Atası oğlunun ilanı dişlədikdən sonra çeynəyərək parçaladığını bildirib. Hadisə zamanı Raj Kumarın içkili olduğu müəyyən olunub.