Böyrəkləri təmizləmək üçün bu RESEPTDƏN istifadə edin

30 İyul 2019 19:49 (UTC+04:00)

Tanınmış belorusiyalı fitoterapevt Evgeniy Şmerko orqanizmi təmizləmək və möhkəmləndirmək məqsədi ilə müxtəlif ot qarışıqlarından istifadə etməyi tövsiyə edir.

Movqe.az saglamolun.az-a istinadən fitoterapevtin böyrəkləri duz və qumdan təmizləmək üçün reseptini təqdim edir.  

Bizə bu otlar lazım olacaq:

- quru nanə,

- qarğıdalı saçaqları,

- çobanyastığı,

- ayıqulağı yarpağı.

Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, üzərinə 1 l qaynar su tökün, 1 saat ərzində dəmləyin. 1 saatdan sonra dəmləməni süzün və gün ərzində için. 3 gün davam edin, 3 gün fasilə verin və yenə təkrarlayın.

Dəmləmə həm böyrəkləri, həm də bütün orqanizmi yaxşı təmizləyir və yeniləyir.

Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi zamanı bu reseptdən istifadə etmək olmaz.