Avtomobilin şüşəsinə elan qoyan şəxslər CƏRİMƏLƏNƏCƏKLƏR

31 İyul 2019 22:00 (UTC+04:00)

İzmirin Qarşıyaxa rayonunda park edilmiş nəqliyyat vasitələrinin şüşələrinə elan, buklet və ya vizitka qoyan şəxslər cərimələnəcəklər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Qarşıyaxa Bələdiyyəsi sözügedən əməli törədən şəxsləri Qəbahətlər Qanununa görə 320 türk lirəsi (97 manat) məbləğində cəzalandıracaq.

Əgər həmin əməl yenidən təkrarlanarsa, cərimə 9 min 898 türk lirəsinə (3025 manat) yüksələcək.