Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri ad, medal və təqaüdlərin verilməsi barədə sərəncam imzaladı

31 İyul 2019 17:17 (UTC+04:00)

Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri ad, medal və təqaüdlərin verilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər:

Əlizadə Oqtay Mahmud oğlu

Rzayev Nazim İsrafil oğlu.

Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında digər Sərəncama görə, Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

Ağayev Xanlar Ağakərim oğlu

Həsənov Mahir Məhəmməd oğlu

Hüseynov Əlisəfdər Mürsəl oğlu.

Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamla isə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu

Həsənov Vidadi İsmail oğlu

Quliyeva Xalidə Camal qızı

“Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

“Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu

Namazov Zilli Yunus oğlu

“Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu

Dadaşova Nelli Hacı qızı

Hüseynov Nazim Fikrət oğlu

Quliyev Babək Barat oğlu

Mahmudova Zəkiyyə Güləmi qızı

Məmmədov Əli Bala Ənvər oğlu

Muxtarova Tamilla Muxtar qızı.