Hansı müğənni öz verilişində evlənəcək?

5 May 2012 21:39 (UTC+04:00)

Məşhur müğənni Songül Karlı özünün aparıcı olduğu verilişdə evlənəcəyini söyləyib. Movqe.Az xəbər verir ki, S.Karlı gələcək həyat yoldaşının tanınmamış olduğunu deyib: "Artıq bizim xoşbəxtlik zamanımızdır. Bəy adı Mətindir və o, tanınmamış biridir. Biz bir müddətdir ki, görüşürük".

Qeyd edək ki, S.Karlı Türkiyənin "Fox" televiziyasında yayımlanan "Su kimi" izdivaç verilişinin aparıcısıdır.

Fuad Mədətov

Movqe.Az