BDU-nun müəllimi rüşvət üstündə yaxalandı

6 May 2012 11:30 (UTC+04:00)
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Hələlik M. İmanlı ilə bağlı konkret ittiham səbəbi açıqlanmayıb. Məlumata görə, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində M. İmanlının ifadəsi alınır.

Bakı Dövlət Universitetindən məsələyə şərh vermək istəməyiblər.