3 seçki birdən keçirilir

6 May 2012 12:35 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Serbiyada isə prezident, parlament və yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Prezident postuna namizədlər siyahısında 12 nəfər var, lakin əsas mübarizə keçmiş prezident Boris Tadiç və Tomislav Nikoliç arasında gedəcək. Boris Tadiç Avropa Birliyinə meylliliyi ilə tanınır və seçkidə iştirak etmək imkanı qazanmaq üçün bir müddət əvvəl istefa verib. Tomislav Nikoliç isə Slobodan Miloşeviçin keçmiş silahdaşı və Rusiya ilə alyansın tərəfdarıdır. Ən son rəy sorğularına görə, seçkilər iki turda keçirilə bilər və belə olan halda ikinci tur 2 həftədən sonra baş tuta bilər.

Serbiya parlamentinə seçkilərdə isə Nikoliçin rəhbərlik etdiyi "Serbiya İnkişaf Partiyası"nın Tadiçin liderlik etdiyi "Demokratik Partiya"nı üstələyəcəyi gözlənilir. Qeyd edək ki, bu ay Serbiya Avropa Birliyinə üzvlüyə namizəd statusu alıb. Əvvəllər Serbiyanın Avropa Birliyinə üzv olmasına qarşı çıxan Tomislav Nikoliç indi Avropaya inteqrasiyanı dəstəkləyir və bildirir ki, bunun üçün Serbiya Kosovoya olan iddialarından əl çəkməlidir.

Tural QABİLOĞLU