Qarabağ-ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcəyi təqdirdə, potensial rəqiblərindən olan Ajax klubu ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, Amsterdam təmsilçisinin futbolçusu Kasper Dolberq zədələnib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin PAOK-la ilk oyununun 33-cü dəqiqəsində zədələnən hücumçu, Klaas-Yan Hunetlarla əvəzlənib.
Dolberqin sağlıq vəziyyəti tibbi müayinədən sonra bilinəcək.
Qarabağ ÇL-in 3-cü təsnifat mərhələsində APOEL səddini keçsə, PAOK – Ajax cütünün qalibi ilə qarşılaşacaq. Qarabağ ilk oyunda APOEL-i 2:1 hesabıyla məğlub edib. Ajax isə səfərdə PAOK-la qollu bərabərə qalıb – 2:2.