Pərvin Abıyeva sevgilisi ilə bu halda görüntüləndi - VİDEO

7 Avqust 2019 20:40 (UTC+04:00)

Aktrisa Pərvin Abıyeva sevgilisi ilə birlikdə Romaya tətilə yollanıb.

Publika.az xəbər verir ki, aktrisa Roma tətilindən bəzi görüntüləri instaqramda paylaşıb. O, paylaşdığı görüntülərdə sevgilisinin üzünü göstərməsə də, sadəcə əllərini nümayiş etdirib.

Pərvin videoda bir nəfərin əlindən tutarkən əks olunub. Buradan məlum olub ki, kino ulduzu Romada sevgilisi ilə birgə dincəlir.

Rəylər bölməsini bağlayan aktrisa bu iddialara cavab verməyib.