Burak Yılmaz A Seriyasına keçir

7 Avqust 2019 17:43 (UTC+04:00)

Beşiktaş-ın hücumçusu Burak Yılmaz klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, Türkiyə millisinin də hücumçusu olan futbolçu ilə A Seriyası təmsilçisi Lecce maraqlanır. İtaliya mətbuatının məlumatına görə, Burak artıq Lecce-yə keçməyə razılıq verib. 

Qeyd edək ki, Burak Yılmaz ötən mövsüm Beşiktaş-ın forması ilə 15 oyuna 11 qol vurub.