“Oazis” restoranı sökülür

8 Avqust 2019 15:00 (UTC+04:00)

Bakının məşhur istirahət məkanlarından biri olan Oazis ailəvi restoranı bağlanır.

Axar.az xəbər verir ki, 8-ci mikrorayon ərazisində Şövkət Məmmədov küçəsində yerləşən restoranın yaxın günlərdə fəaliyyətini dayandıracağı deyilir.

Uzun illərdir fəaliyyət göstərən və Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”in yerində ticarət mərkəzi tikiləcək.