"Anderlext"in formasını geyinən Lukaku 435 min avro cərimə edildi

8 Avqust 2019 20:40 (UTC+04:00)

“Mançester Yunayted” futbolçusu Romelu Lukakunu cəzalandırıb.

Movqe.az-ın məlumatına görə, klub rəhbərliyi belçikalı hücumçunu icazəsiz məşq bazasını tərk etdiyi və “Anderlext”in formasını geyindiyi üçün cərimələyib. "Qırmızı şeytanlar" Lukakuya 400 min funt-sterlinq (435 min avro) pul cəzası verib.

Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılacağı gözlənilən hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır.