Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar qatarların sürətinə məhdudiyyət qoyulub

9 Avqust 2019 10:35 (UTC+04:00)

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Movqe.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.