Xidmət sahələri bayram günlərində də işləyəcək

9 Avqust 2019 12:16 (UTC+04:00)

Qurban bayramı günlərində (12 və 13 avqust) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.

“Azəriqaz”dan Movqe.az-a verilən məlumata görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Bakının Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.