Bərdədə "Opel"lə "Vaz" toqquşub - 1 ölü

9 Avqust 2019 20:44 (UTC+04:00)

Bərdə şəhəri ərazisində “Opel” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdiriliblər. Y.Həmidov orada ölüb.

 

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.