27 yaşlı gənc özünü ağacdan asaraq intihar edib

10 Avqust 2019 11:14 (UTC+04:00)

Hacıqabul sakini intihar edib.

“”Report”un Aran bürosu xəbər verir ki, Muğan qəsəbə sakini, 1992-ciil təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu evdəkilərin yatmasından istifadə edərək çölə çıxıb, həyətdəki ağacların birindən özünü asaraq intihar edib. 

Onun ağacdan asılmış meyiti səhər saatlarında yaxınları tərəfindən aşkar edilib. Deyilənlərə görə, Qüvvət Əhmədli axşam yeməyindən sonra doğmaları ilə xeyli zarafatlaşıb, deyib-gülüb.

İntihar hadisəsinin baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.