İslamın xanımı əməliyyat olundu

10 Avqust 2019 21:17 (UTC+04:00)

Aktyor İslam Mehrəliyevin arvadı Nəzrin əməliyyat olunub.

Axşam.az xəbər verir ki, bu haqda aktyor özü xəbər verib. O bildirib ki, xanımının əli şüşədən kəsilib:

"Hadisə 1 ay əvvəl olub. Qapı çırpılıb, bu da saxlamaq istəyib. Şüşə əlini kəsib, sinirləri kəsilmişdi. Əlini hiss etmirdi. Bu əməliyyatı "İstanbul NS" etdi. Hazırda barmaqlarını hiss etmir. Amma toka veriləcək və düzələcək. Heç bir iz də qalmayıb".