Nardaranda dənizdə 4 uşaq batdı

10 Avqust 2019 20:41 (UTC+04:00)

Nardaranda dənizdə 4 uşaq batıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, batan uşaqlar 8-10 yaş arasındadır.

Batanlardan üçünün meyiti çıxarılıb, birinin axtarışları davam edir. Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazidə baş verib.