Bakı-Qazax yolunda ağır qəza: 19 yaralı

11 Avqust 2019 09:30 (UTC+04:00)

Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.