28 May metrostansiyası yaxınlığında iki nəfər bıçaqlanıb

11 Avqust 2019 10:00 (UTC+04:00)

Bakının Nəsimi rayonu ərazisində kütləvi dava olub.

“Report” xəbər verir ki, 28 May metrostansiyası yaxınlığında baş verən hadisə zamanı 1991-ci il təvəllüdlü Məmmədov Anar Lətif oğlu və 1989-cu il təvəllüdlü Xıdırov Elçin Etibar oğlu bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. A.Məmmədova sarğı nahiyəsinin ortasından 1 ədəd kəsilmiş-deşilmiş yara, E.Xıdırova isə sağ bud nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub.

Zərərçəkmişlər naməlum şəxs tərəfindən bıçaqlandıqlarını bildiriblər.  Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.