Birinci vitse-prezident Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

11 Avqust 2019 14:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaQurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Movqe.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

"Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. 

Allah dualarınızı qəbul etsin!"