Tovuzda gənc qadın özünü körpüdən atıb

11 Avqust 2019 19:04 (UTC+04:00)

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, gənc qadın özünü körpüdən aşağı atıb.

Hazırda ad-soyadı məlum olmayan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.