Azərbaycan birinci Xəzər İqtisadi Forumunda iştirak edir

12 Avqust 2019 13:06 (UTC+04:00)

Azərbaycan bu gün Türkmənbaşı şəhərində keçirilən 1-ci Xəzər İqtisadi Forumunda iştirak edir.

"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə ölkənin Baş Naziri Novruz Məmmədov rəhbərlik edir.

Forumun işi zamanı Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyanın Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı tezliklə ratifikasiya edəcəyini bəyan edib.

Xatırladaq ki, bir il əvvəl Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.