Bakı sakinini soydular - 1500 manatı oğurlandı

12 Avqust 2019 15:44 (UTC+04:00)

Bakı şəhər sakini F.Rzayevin cibindən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini F.Rzayevin cibindən içərisində 1500 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Talıbzadə saxlanılıb.