Lənkəranda “Toyota” ağaca çırpıldı - 2 ölü

12 Avqust 2019 16:56 (UTC+04:00)

Lənkəranda “Toyota” markalı avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini A.Bağırov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri Kamran Babayev və Amal Quliyev xəstəxanaya yerləşdiriliblər. A.Quliyev və K.Babayev orada ölüblər.