İspaniya klubunda 9 illik müqavilə

12 Avqust 2019 21:10 (UTC+04:00)

İspaniyanın Athletic klubu hücumçusu İnaki Uillyamsla müqaviləni yeniləyib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı forvardla Bilbao təmsilçisinin yeni sözləşməsi  2028-ci ilə qədər nəzərdə tutulub. Uillyamsı transfer etmək istəyən klub 135 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, Qana əsilli ispaniyalı futbolçu 2012-ci ildən Athletik-də çıxış edir.