ABŞ Putinin Krıma səfərinə reaksiya verdi

13 Avqust 2019 09:30 (UTC+04:00)
ABŞ-ın Ukraynadakı səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinin Rusiya prezidenti Vladimir Putinin Krıma səfəri ilə bağlı mövqeyini dəstəkləyir. Movqe.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda diplomatik missiyanın tvitter səhifəsində deyilir. Diplomatlar qeyd ediblər ki, Rusiya hakimiyyətinin yarımadaya səfəri Ukraynanın müstsəqilliyi və ərazi bütövlüyünü pozur. "Biz Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşı çıxırıq", - açıqlamada deyilir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Krıma səfər edib. Artıq növbəti gün Kiyev səfərə görə öz etirazını ifadə edib. Moskva isə etirazı Rusiyanın "daxili işlərinə müdaxilə" adlandırıb. Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin əvvəlində Rusiya tərəfindən ilhaq edilib.