Türkiyə onlara hücum edəcək - "Tayms"

13 Avqust 2019 10:00 (UTC+04:00)
ABŞ Türkiyənin kürd silahlı qruplaşmalara qarşı hərbi əməliyyatının qarşısını almaq üçün təhlükəsizlik bölgəsi ilə bağlı anlaşma əldə etdi. Ancaq Türkiyə ABŞ-ın müttəfiqlərinə hücum edəcək. Axar.az xəbər verir ki, bu barədə "Tayms" qəzetində məqalə dərc edilib. "ABŞ Türkiyənin düşmən olaraq gördüyü Demokratik Suriya Qüvvələrinə yardım edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə kürd silahlılarını cənub sərhədlərindən uzaqlaşdıraraq bölgənin nəzarətini Azad Suriya Ordusunun nəzarəti altına vermək istəyir. Bu durumda isə ciddi bir problem ortaya çıxıb, belə ki, bölgədə ABŞ-ın hərbi bazası yerləşdiyi üçün iki NATO müttəfiqi üz-üzə qalıb. Hələlik Ankara diplomatik danışıqlar nəticəsində hücumu təxirə salıb, ancaq bu durum uzun çəkməyəcək", - məqalədə qeyd edilib.