Ağcabədidə mağazada yanğın olub

13 Avqust 2019 12:00 (UTC+04:00)
Ağcabədi rayonunda mağazada yanğın hadisəsi baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, rayon ərazisində ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib. Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.