Bayram günlərində rayonlararası daşınan sərnişinlərin SAYI açıqlandı

13 Avqust 2019 13:00 (UTC+04:00)
Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb. Bu barədə Movqe.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deib. Onun sözlərinə görə, bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə edilib: "5 gün ərzində regionlarımızdan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.