Bu gün “Qarabağ” Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək

13 Avqust 2019 13:30 (UTC+04:00)
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ" futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək. Movqe.az-ın məlumatına görə, cavab görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib