Böyük Britaniyanın hərbi gəmisi Fars körfəzinə yola düşdü

13 Avqust 2019 21:00 (UTC+04:00)
Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus "HMS Kent" freqatı Fars körfəzinə yola düşüb. Trend-in məlumatına görə, bölgədə "HMS Duncan" gəmisini əvəz edəcək. "HMS Kent" ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.