Tramp: ABŞ Dünya Ticarət Təşkilatından çıxa bilər

14 Avqust 2019 09:40 (UTC+04:00)
ABŞ-ın Dünya Ticarət Təşkilatından çıxışı istisna edilmir. Movqe.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Dünya Ticarət Təşkilatının qaydaları yalnız başqa ölkələrə zənginləşmək üçün ABŞ-dan istifadə etməyə kömək edir. O, xüsusən Çinin adını qeyd edib. ABŞ faktiki ticarət müharibəsi apardığı Çinin təşkilata girişini "dəhşətli qərar" adlandırıb. Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl də Dünya Ticarət Təşkilatından çıxmaqla hədələyib. Tramp illik təxminən 600 milyard dolları ötən ticarət kəsirini azaltmağa çalışır.