Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək

14 Avqust 2019 10:00 (UTC+04:00)
"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər oyununu təxirə saldırmaq üçün Peşəkar Futbol Liqasına müraciət edəcək. Movqe.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bildirib. O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb. Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib. Qeyd edək ki, "Qarabağ"ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq.