Çeçenistan vətəndaşı Sumqayıtda qətlə yetirildi

14 Avqust 2019 12:20 (UTC+04:00)
Sumqayıtda bir necə saat əvvəl qətl hadisəsi törədilib. Hadisə şəhərin sənaye zonasında "SOCAR Karbamid" zavodunun yaxınlığında baş verib. Movqe.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib. B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.